image-zaxarovabackend

Zaxarovadan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA: “Qarabağ…”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağın statusu ilə bağlı açıq şəkildə danışıb və “Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır” deyib.

Referans xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vitse-prezident Vladimir Medinskinin Qarabağla bağlı qalmaqallı açıqlamalarına toxunub.

Rusiya vitse-prezidenti Vladimir Medinskinin dünən Rusiya mətbuatına verdiyi müsahibədə Ukraynadakı müharibəni Qarabağdakı vəziyyətə bənzədən açıqlamaları böyük reaksiyaya səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də bu bəyanata münasibət bildirib və dövlətlərarası münasibətlərə xələl gətirməməyə çağırıb. A.Hacızadə müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif edilməsi və Qarabağ bölgəsinin mübahisəli bölgə kimi təqdim edilməsi kədər və təəccüb doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki