14 yaşlı yeniyetmə səhiyyə müəssisəsinə yerləşdirildi

Referans xəbər verir ki , bununla bağlı Bizim.Media-ya Sosial Xidmətlər Agentliyindən məlumat verilib. 

Bildirilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.

Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.

Xatırladaq ki, 14 yaşlı yeniyetmənin qardaşı 21 yaşlı F.Məmmədov bildirib ki, xalalarının qardaşına işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır və onlar atalarının etdikləridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki