15 İyun – Sabitliyin, Gücün və Qurtuluşun Simvoludur!backend

15 İyun – Sabitliyin, Gücün və Qurtuluşun Simvoludur!

15 İyun – Sabitliyin, Gücün və Qurtuluşun Simvoludur!

 

Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü, ölkəmizin müstəqilliyinin, sabitliyinin və tərəqqisinin təməlini qoyan şərəfli bir gündür. Bu gün, təkcə siyasi böhrandan xilasın deyil, həm də xalqın öz liderinə – ümummilli lider Heydər Əliyevə olan sonsuz inamının, etimadının və sevgisinin təntənəsidir.

1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, daxili siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və torpaq itkiləri ilə qarşı-qarşıya qaldı. Məhz belə bir kritik məqamda, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi. Bu dönüş nöqtəsi, dövlətçiliyimizin xilası və müstəqil Azərbaycanın inkişaf yolunda atdığı ən mühüm addım oldu.

15 İyun 1993-cü il tarixində ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, xalqın ümidlərinin yenidən alovlanmasına səbəb oldu. Onun qətiyyəti, zəngin siyasi təcrübəsi və dərin dövlətçilik fəlsəfəsi qısa zamanda ölkədə sabitlik yaratdı, sosial-iqtisadi islahatların təməli qoyuldu, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı.

Bu gün, ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. Bu böyük qələbə də məhz 15 İyunda qoyulan təməlin, milli birliyin və dövlətçilik iradəsinin nəticəsidir.

“EMEDIA GROUP” Media Təşkilatı olaraq, biz bu əlamətdar günü böyük qürurla qeyd edir, xalqımızın keçdiyi şərəfli yola və qazandığı uğurlara dərin ehtiramla yanaşırıq. Media olaraq, milli ideologiyanın, vətənpərvərlik ruhunun və tarixi yaddaşın təbliğində üzərimizə düşən məsuliyyəti daim dərk edirik.

Bu gün münasibətilə bütün xalqımızı təbrik edir, dövlətimizin qüdrətinin daim artmasını, xalqımızın rifahının davamlı olmasını arzulayırıq.

image-4edd9df5-6baa-4adf-977e-c09cff01bf85

Elşən Əliyev,
“EMEDIA GROUP” Media Təşkilatının Sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki