17 gün dərs OLMAYACAQ

İbtidai sinif şagirdləri may ayında ümumilikdə 17 gün istirahət edəcəklər.

Referans Media   bildirir ki, 1–5 may tarixləri ibtidai sinif şagirdləri üçün tətil günləri kimi müəyyən edilib.

Bununla yanaşı, 9 may – Faşizm Üzərində Qələbə Günü, 26–27 may – Qurban Bayramı, 28 may isə – Müstəqillik Günü səbəbilə dərs olmayacaq.

Qeyd olunan 17 günlük ümumi istirahət müddətinə həm bayram günləri, həm də ayın rəsmi istirahət günləri daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki