“20 Yanvar”da kişi qəfil öldü

Paytaxtın Yasamal rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının çıxışında piyada qəfil ölüb.

Referans Media xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./“Qafqazinfo”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki