Birlikdə olmaq vədi ilə meşəyə çağırdı, tələyə saldı: 5 nəfər saxlanıldı

Türkiyənin paytaxtı Ankarada sosial şəbəkələrdə tanış olduqları şəxsləri birlikdə olmaq vədi ilə meşəlik əraziyə çağıraraq qarət və şantaj edən 5 nəfər saxlanılıb.

Referans Media xəbər verir ki, araşdırma zamanı bir qadının sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsləri görüş bəhanəsi ilə meşəyə dəvət etdiyi müəyyənləşib. Görüş zamanı qadının həyat yoldaşı və qohumları olduqlarını iddia edən 4 kişi ortaya çıxaraq zərərçəkənləri silahla hədələyib, onların görüntülərini çəkərək şantaj ediblər.

Şübhəlilərin zərərçəkənlərin bank hesablarındakı pulları internet bankçılığı vasitəsilə ələ keçirdikləri, adlarına kredit götürdükləri və kredit kartlarından istifadə edərək xərclər etdikləri aşkarlanıb.

Eyni üsulla 7 ayrı cinayət hadisəsində iştirak etdikləri müəyyən edilən 5 şübhəli meşəlik ərazidə silahla birlikdə cinayət başında yaxalanıb. Onların polis bölməsindəki istintaqı davam edir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki