Azərbaycan və Ermənistan nümayəndələri görüşəcək – FOTOLAR

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

Referans Media  xəbər verir ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan– Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək.

Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

kl 92kl 93kl 94kl 95kl 96kl 97kl 98gkl 99kl 100

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki