ABŞ-də fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ-nin Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtınalar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Referans Media  xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hoxul məlumat verib.

O, “X” sosial şəbəkəsindəki paylaşımında Nyu-York şəhəri ilə yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bildirib.

Qubernatorun sözlərinə görə, yaxınlaşan fırtına güclü yağış və küləklə müşayiət olunacaq. Bu isə yollarda təhlükəli hərəkət şəraiti yarada bilər.

Qeyd edək ki, Nyu-Yorkun qonşu ştatı Nyu-Cersidə də əlverişsiz hava şəraiti ilə əlaqədar daha əvvəl fövqəladə vəziyyət elan edilib.

Is this conversation helpful so far?/Ajans.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki