23 yaşlı qız binadan yıxıldı - Vəziyyəti ağırdır

Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb.

Referans Media xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib.

2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki