16.11.2026-cı il tarixində saat 19:20 radələrində 1969-cu il təvəllüdlü şəxs (qadın) hündürlükdən yıxılma səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Referans Media-ya verilən məlumata görə, qapalı kəllə-beyin travması, hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilir.
*** 14:24
"Sumqayıt" qəzetinin müxbiri İlhamə Məmmədova ötən gün yaşadığı mənzilin üçüncü mərtəbəsindən yıxılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan qadın reanimasiyadadır və vəziyyəti ağırdır.
Qeyd edək ki, İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
