600-dən çox bal toplayanları orduda nə gözləyir? – Yeni seçim İMKANLARI

Müdafiə Nazirliyi yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması baxımdan yeni layihə həyata keçirir. Belə ki, Milli Müdafiə Universitetinin intellektual bölmələrinə seçim zamanı əvvəlki meyarlarla yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika və proqramlaşdırma sahələrində peşəkar bacarıqlar da nəzərə alınacaq.

Bu yanaşma hansı müsbət dəyişikliklərə səbəb olacaq?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, yüksək potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması mütəxəssislər tərəfindən uzun müddətdir təklif edilən məsələlərdən biridir:

“Bu barədə mən də təkliflərimi daha əvvəl səsləndirmişdim. Çox müsbət haldır ki, dövlətimiz bunu müsbət dəyərləndirdi və hazırda yüksək intellektual potensiala malik gənclər öz bilik və bacarıqlarından hərbi xidmət dövründə kifayət qədər səmərəli istifadə edirlər. Məsələn, ADEX sərgisində Milli Müdafiə Universitetinin stendində həmin gənclər hazırladıqları yeni proqram təminatlarını geniş ictimaiyyətə də təqdim etmişdilər”.

Ə.Verdiyev daha bir məqama toxunaraq bildirib:

“Azərbaycan Milli Müdafiə Universiteti intellektual bölmələrin əhatə dairəsini kifayət qədər genişləndirir. Yüksək imtahan nəticələri ilə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər istiqamətlər üzrə peşəkar bacarıqlar da nəzərə alınaraq fəaliyyət daha da genişləndirilir. Bütün bunlar isə ümumilikdə Silahlı Qüvvələrimizin intellektual və döyüş imkanlarının artırılmasına xidmət edir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki