Kürdəmirdə 6 otaqlı ev yandı - 100 min manatdan çox ziyan dəydi

Kürdəmirdə 6 otaqlı ikimərtəbəli ev yanaraq tamamilə külə dönüb. 

Referans Media xəbər verir ki, hadisə bu gün rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Zeynalov Raqif Məhərrəm oğluna məxsus ümumi sahəsi 380 kv metr olan ikimərtəbəli 6 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanıb.Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.Ev yiyəsinin sözlərinə görə yanğın zamanı ona 100 min manatdan çox maddi ziyan dəyib. İnternet mağaza

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki