backend

30 kilo arıqlayan Ata Demirer sirrini bölüşdü

30 kiloqram arıqlaması ilə diqqət çəkən Ata Demirer, sosial mediada paylaşdığı videoda arıqlama sirrini paylaşıb. Demirer yumoristik videoda “Biz insan tərəfindən hazırlanmış heç bir şey yemirik” deyib.

Referans Media xəbər verir ki, məşhur komediya ustası təkcə karyerası ilə deyil, həm də son vaxtlar arıqlaması ilə adından söz etdirib. Şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən məşhur şəxs bir müddətdir ki, Dilarə Ələmdarla eşq yaşayır. Ata Demirer sosial şəbəkədəki son videosunda arıqlamasının sirrini paylaşıb.

30 kilo arıqlayan Demirer “Necə arıqlayacağıq?” adlı yumoristik bir video paylaşıb. “Sizə əsas şeyi deyirəm. Biz insanların hazırladığı heç nəyi yemirik. Biz mürəbbəni insanlar hazırladığı üçün yemirik”

Ata Demirer videoya belə davam edib: “Biz bal yeyirik, çünki onu arılar hazırlayır. Vafli yoxdur, banan və naringi var. Çörək yoxdur. Ət yeyin, o təbiətdə mövcuddur; amma biz ətin üzərinə mayonez tökmürük. İnsanların hazırladığı heç nəyi yeməyin.”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki