34 gündə İranın ABŞ-a vurduğu zərər: milyardlarla dollar itki və yüzlərlə yaralı

İran ilə ABŞ arasında 34 gündür davam edən münaqişə Yaxın Şərqdəki ABŞ hərbi varlığına ağır zərbə vurub. İranın raketləri və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar nəticəsində ABŞ-ın 13 hərbi bazasının böyük hissəsi ciddi şəkildə zədələnib, yüzlərlə hərbçi yaralanıb və milyardlarla dollarlıq maddi itki yaranıb.

Referans Media xəbər verir ki, İngiltərənin “The Times” qəzetinin məlumatına görə, münaqişənin ilk ayında yalnız ABŞ-ın hərbi bazalarına dəyən zərər 1,5 milyard dolları ötüb, 300-dən çox hərbçi yaralanıb, 13 hərbçi isə həlak olub. Xüsusilə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasıda ABŞ-a məxsus E-3 Sentry AWACS erkən xəbərdarlıq təyyarəsi vurularaq məhv edilib. Hər biri təxminən 300 milyon dollar dəyərində olan bu təyyarələrin vurulması ABŞ-ın hava müşahidə qabiliyyətini ciddi şəkildə zəiflədib.

İranın Şahid-136 kamikaze PUA-ları yüksək sürət və aşağı hündürlük hərəkəti ilə qabaqcıl hava müdafiə sistemlərini keçə bilir, bu da ABŞ-ın yeni təhdidlərə qarşı kifayət qədər hazırlıqsız olduğunu göstərir. Bundan əlavə, Rusiyanın İrana verdiyi istintaq və kəşfiyyat dəstəyi də münaqişənin gedişatını dəyişdirib. ABŞ hərbi bazalarının koordinatları və kritik məlumatlar İran tərəfinə ötürülüb və daha güclü döyüş başlıqlarının istifadəsinə imkan yaradılıb.

Kritik bazalarda ziyanlar diqqət çəkir: Qətərdəki El-Udeyd bazasında 1 milyard dollardan çox radar sistemi məhv edilib, Bəhreyndəki Beşinci Donanma qərargahı hücuma məruz qalıb, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadaki bazalarda ciddi ziyan və hərbçi itkiləri qeydə alınıb.

Ən inkişaf etmiş hava müdafiə sistemləri belə PUA hücumlarını dayandırmaqda çətinlik çəkir, ABŞ isə bu yeni təhlükələrə qarşı effektiv cavab hazırlamaqda çətinlik yaşayır.

Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp İranı hədələməyə davam edir: “Önümüzdəki 2-3 həftə ərzində bütün İran hərbi hədəflərini güclü şəkildə vuracağıq və onları daş dövrünə qaytaracağıq” deyə Tramp bildirib. O həmçinin vurğulayıb ki, ABŞ-ın Hörmüz Boğazına ehtiyacı yoxdur və digər ölkələr buradan neft almalıdırlar, İran isə yalnız neft satmaq istəyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki