4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılması nəzərdə tutulur.

Referans Media  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, əsaslı təmir olunacaq 45 istilik qazanxanası ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki