Qırğızıstanda zəlzələ oldu

Qırğızıstanın Narın vilayətində zəlzələ baş verib.

Referans Media xəbər verir ki,  bu barədə Respublikanın Milli Elmlər Akademiyasının ( AMEA ) Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilir ki, vilayətdə 5 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakətin episentri Ak-Tuz kəndindən 15 km cənub-şərqdə və Bişkekdən 117 km cənub-şərqdə yerləşib. Məlumatda zəlzələnin episentrinin dərinliyi göstərilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki