Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Referans Media saytı yeni səfirin dosyesini təqdim edir:
Nərminə Mustafayeva bu təyinata qədər Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2020-ci il iyulun 28-də baş konsulu təyin edilmişdi. O, tam olaraq 6 il İstanbulda baş konsul işlədi. 27 İyul 2026-cı il tarixində isə geri çağırılıb.
Qeyd edək ki, N.Mustafayeva keçmişdə jurnalist olub.
Belə ki, o, vaxtilə - 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi" proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
Onun rəsmi tərcümeyi-halına görə, diplomatik karyeraya başlamazdan əvvəl xanım Mustafayeva 15 ildən artıq AR Prezidentinin Protokol Xidmətində çalışıb.
Dövlət strukturlardakı fəaliyyətinə başlamazdan əvvəl N.Mustafayeva dövlət və müstəqil media və yayım şirkətlərində jurnalist, aparıcı-redaktor kimi işləyib.
ABŞ-ın Virciniya ştatının Old Dominion Universitetindən Beynəlxalq biliklər üzrə magistr dərəcəsinin sahibi olan Nəriminə xanım həmçinin Azərbaycan Dövlət Dillər Universitetinin də məzunudur.
O, Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidenti tərəfindən 2018-ci ildə "Tərəqqi” medalı ilə təltif edilib.
Nərminə Mustafayeva Naxçıvan şəhərindən anadan olub. Evlidir, üç övladı var.
İngilis, rus və türk dillərini bilir.
