backend

7 aylıq körpə qızdırmadan öldü

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Referans Media-nın xəbərinə görə, “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki