İspaniyanın Madrid şəhərində 70 ildən artıq yaşadığı mənzildən məcburi şəkildə çıxarılan 87 yaşlı Marikumen Abaskalın taleyi ölkədə kütləvi etiraz dalğası yaradıb.
Referans Media xəbər verir ki, əlil arabasından istifadə edən yaşlı qadın investisiya fondunun mülkiyyətinə keçən binadan xərəkdə çıxarılıb.
Bu addım cəmiyyətdə sərt narazılıq doğurub.
Paytaxt Madridlə yanaşı, ölkənin digər 16 şəhərində minlərlə insan küçələrə axışıb, Puerta-del-Sol meydanında çadır quraraq oturaq aksiya keçirib.
İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri "sosial faciə" adlandırıb. Hadisə Avropada mənzilin əsas sosial hüquq deyil, maliyyə aktivinə çevrilməsi və icarə qiymətlərinin kəskin artması ilə bağlı geniş müzakirələrə yol açıb.

