Zelenski Rusiya haqda elə bir etiraf etdi ki…

“Sentyabr ayında Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın buraxdığı dronların 45 faizini məhv və ya zərərsizləşdirə bilməyib”.

Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, ayın tamamlanmasına az müddət qalmış Ukrayna ərazisinə 2 730-dan çox reaktiv PUA buraxılıb.

Onlardan 1 500-dən çoxu vurulub və ya zərərsizləşdirilib. Beləliklə, təxminən 1 200 PUA-nı ələ keçirmək mümkün olmayıb.

Zelenski vurğulayıb ki, Rusiyadan buraxılan dronların “əhəmiyyətli hissəsi” Ukraynada müəyyən hədəflərə çatır.

Ukrayna mediasının yazdığına görə, hazırda ölkənin Rusiyanın reaktiv dronlarına qarşı effektiv mübarizə vasitəsi hələ yoxdur və ölkənin hava məkanı ballistik raket hücumlarından demək olar ki, qorunmur.

Bütün bunlar Ukraynanın büdcə problemləri, “Patriot” sistemləri üçün raket çatışmazlığı, korrupsiya qalmaqalları, Rusiya ordusunun zərbələri fonunda metallurgiya sektorunda yaranan böhran və ölkə tarixində ən böyük kənd təsərrüfatı böhranlarından birinin yaşandığı dövrə təsadüf edir.

Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki