image-abbas-araqcibackend

Abbas Əraqçidən sərt mesaj: İran xalqı təslim olmayacaq, ABŞ imici yox olacaq!

İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ və İsrailin İranın mülki infrastrukturlarına və tamamlanmamış layihələrinə yönələn hücumlarını hərbi uğurdan çox acizlik göstəricisi adlandırıb. Abbas Əraqçi bildirib ki, bu cür hücumlar xalqın iradəsini qıra bilməyəcək.

Referans Media xəbər verir ki, Abbas Əraqçi açıqlamasında deyib: “Tamamlanmamış körpülər də daxil olmaqla mülki obyektlərin vurulması İranlıları təslim etməyə məcbur edə bilməz. Hər bir bina və körpü daha güclü şəkildə bərpa olunacaq. ABŞ-ın isə etibarı bu hücumlar nəticəsində ciddi zərər görüb. Hücumların əsl qiyməti binalar deyil, beynəlxalq hüquq və etik prinsiplərə vurulan zərərdir.”

Nazir vurğulayıb ki, İran xalqı və hökuməti qarşısına çıxan çətinlikləri aşacaq və ölkənin infrastrukturunu yenidən quracaq, amma ABŞ-ın imicinə dəyən zərər uzun müddət geri dönməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki