Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.

Bu barədə "Referans Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, başsağlığında deyilir: "Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki