ABŞ Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdıran və bu ölkədə yaşayan vətəndaşlarını təhlükəsizlik riskləri ilə bağlı xəbərdar edib.
Referans Media xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin yenilənmiş səyahət xəbərdarlığında İrandan və onun dəstəklədiyi husilərdən gələ biləcək raket və pilotsuz uçuş aparatı (PUA) hücumları, silahlı münaqişə və terror təhlükəsi əsas risklər kimi göstərilib.
Səudiyyə Ərəbistanına səfərlə bağlı xəbərdarlıq üçüncü səviyyədə saxlanılıb. Bu, vətəndaşlara səfər planlarını yenidən nəzərdən keçirmək tövsiyəsi deməkdir. Yəmənlə sərhədyanı ərazilərə isə səfər edilməməsi tövsiyə olunub.
ABŞ tərəfi xəbərdarlığın ölkəyə səfərin tamamilə qadağan edilməsi və ya vətəndaşların təxliyəsi barədə göstəriş olmadığını bildirib.
Qeyd edək ki, regionda təhlükəsizlik vəziyyətinin gərginləşməsi və husilərin Səudiyyə Ərəbistanındakı hava limanlarına hücumları bir sıra ölkələrin də vətəndaşlarına səyahətlə bağlı xəbərdarlıqlar etməsinə səbəb olub.
