Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Changan" markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki