Aprelin 1-dən oktyabrın 15-dək Avropa ölkələrinin hakimiyyət orqanları Rusiyanı 48, Belarusı isə 4 insidentlə əlaqələndirib.
Referans Media xəbər verir ki, bu barədə “Вот Так” nəşrinin Avropa Yayım İttifaqının (EBU) himayəsi altında Avropa mediasının jurnalistləri ilə birgə apardığı araşdırmada bildirilir.
İnsidentlərə hava məkanının pozulması, casusluq və təxribatlar daxildir.
Araşdırmaya görə, ən çox belə hadisə Polşada qeydə alınıb. Həmin ölkədə Kremlin rəqibinin qətlə yetirildiyi də bildirilir.
Bundan başqa, jurnalistlər Belarus ərazisindən Polşa sərhədini qanunsuz keçməyə ən azı 250 cəhdin olduğunu hesablayıblar.
