Ukraynanın keçmiş baş naziri Yuliya Sviridenko Amerika-Ukrayna Bərpa İnvestisiya Fondunun səlahiyyətli nümayəndəsi təyin olunub.
Referans Media xəbər verir ki, Sviridenko bu vəzifədə Yeqor Perelygini əvəzləyib.
Bundan əvvəl Sviridenkonun "Naftoqaz" şirkətinin rəhbəri vəzifəsinə gətirildiyi bildirilirdi.
Ali Radanın deputatı Oleksiy Qonçarenko onu "ölkədəki ən yüksək maaşlardan birini alması" münasibətilə təbrik edib.
Deputat xüsusi olaraq vurğulayıb ki, keçmiş baş nazirin energetika sahəsində heç bir iş təcrübəsi yoxdur.
