image-centcom-iran-gemisini-ele-gecirme-operasyonunun-19765514_8377_ampbackend

ABŞ İran gəmisini belə ələ keçirdi: əməliyyatın detalları AÇIQLANDI – VİDEO

Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı (CENTCOM) İran bayraqlı “Touska” gəmisinin ələ keçirilməsi əməliyyatının görüntülərini yayımlayıb.

Referans Media xəbər verir ki, ABŞ ordusunun yaydığı kadrlarda ABŞ dəniz piyadalarının helikopterlə gəminin üzərinə enməsi və gəmini nəzarətə götürməsi anları əks olunub.

Məlumata görə, əməliyyat zamanı dəniz piyadaları USS Tripoli amfibiya hücum gəmisindən helikopterlə havaya qalxaraq Oman dənizi üzərində uçuş həyata keçiriblər. Daha sonra hərbçilər 19 aprel tarixində İran bayraqlı “M/V Touska” ticarət gəmisinə ip vasitəsilə enərək gəmini nəzarətə götürüblər.

Əməliyyatda iştirak edən USS Spruance raket gəmisinin 6 saat ərzində edilən xəbərdarlıqlara baxmayaraq dayanmadığı bildirilən gəminin mühərrik sistemini sıradan çıxardığı açıqlanıb. Bu müdaxilədən sonra ABŞ dəniz piyadaları gəminin göyərtəsinə çıxaraq tam nəzarəti təmin edib.

Hadisə ABŞ ilə İran arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb. Daha əvvəl İran mediası ABŞ-a məxsus bəzi hərbi gəmilərə PUA və raket hücumlarının həyata keçirildiyini iddia etmişdi.

Ekspertlərin fikrincə, Fars körfəzi və xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr həm regional təhlükəsizlik, həm də qlobal enerji bazarları üçün ciddi risklər yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki