ABŞ senatoru KRUZDAN ŞOK ÇAĞIRIŞ: “Xamenei ilə vidalaşmağın vaxtıdır”

ABŞ İranın ali rəhbəri Əli Xameneinin hakimiyyətinə son qoymaq üçün bütün mümkün addımları atmalıdır.

Referans Media xəbər verir ki, bu barədə senator Ted Kruz Fox News-ə müsahibəsində danışıb.

“Düşünürəm ki, ABŞ bu rejimə son qoymaq üçün bütün imkanlardan istifadə etməlidir”, – deyə o, əlavə edib.

Senator qeyd edib ki, ayətulla Xamenei Amerikaya nifrət edir.

“O mütəmadi olaraq “Amerikaya ölüm!”  şüarları səsləndirən kütlələrə rəhbərlik edir”, – deyə Kruz vurğulayıb.

Bununla yanaşı, Xamenei aparatının nümayəndəsi Mehdi Fazəli ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyini dəyişdirməyə çağıran açıqlamalarını “günahkar bir şəxsin ümidsiz cəhdləri” adlandırıb./Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki