ABŞ təzyiqləri fonunda Venesuela–Rusiya həmrəyliyi

Venesuela Rusiyaya suverenliyinin müdafiəsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib

Venesuelanın xarici işlər naziri İvan Hil Pinto ölkəsinin suverenliyinin qorunmasında və Karib hövzəsində sülh zonasının saxlanılmasında Rusiyanın göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Referans MEDİA”nın xəbərinə əsasən, Nazir bildirib ki, Venesuela Rusiyanın bu istiqamətdə verdiyi davamlı və qətiyyətli dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə, Moskvanın mövqeyi Karib regionunda sülhün qorunmasına mühüm töhfə verir.

İvan Hil Pinto “Telegram” kanalında yazıb ki, Prezident Nikolas Maduronun adından Rusiya hökumətinə səmimi minnətdarlıqlarını çatdırırlar. O vurğulayıb ki, Rusiya ABŞ administrasiyasının Karib hövzəsində Venesuelaya qarşı təhdidlər və hərbi, qanunsuz addımlar fonunda Prezident Maduronun ölkənin suverenliyini və Venesuela xalqının maraqlarını qorumaq istiqamətində göstərdiyi səylərə dəyərli dəstək verir.

Nazir, həmçinin Rusiyanın Karib regionunda sülh zonasının qorunmasındakı prinsipial mövqeyini, eləcə də bölgənin iqtisadi, siyasi və sosial sabitliyinə verdiyi töhfəni xüsusi qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki