Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans MEDİA-nın məlumatına görə, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub. A.Bağırov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki