Bu ölkədə fövqəladə vəziyyət elan edildi - SƏBƏB

Boliviya Prezidenti Rodriqo Pas ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Referans MEDİA xəbər verir ki, bu barədə ölkə rəhbərinin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.

50 gündür ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan irimiqyaslı nümayişlər və yolların bloklanması səbəbindən belə qərar verilib.

Nəşrin məlumatına görə, atılan bu addım ölkədə asayişin bərpası üçün ordu qüvvələrinin cəlb olunmasına şərait yaradır.

Artıq bir neçə həftədir ki, Boliviyanın müxtəlif regionlarında yolların kəsilməsi ilə müşayiət olunan hökumət əleyhinə aksiyalar səngimir. Rəsmi qurumlar kütləvi iğtişaşlara görə sabiq prezident Evo Moralesin tərəfdarlarının məsuliyyət daşıdığını bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki