Ağ Evin mətbuat katibi Kerolin Levitt ABC-dən ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Kaliforniya polisini İranın mümkün pilotsuz təyyarə hücumları barədə xəbərdar etdiyini iddia edən xəbəri silməsini tələb edib.
Referans Media xəbər verir ki, mətbuat katibi sosial mediada yazıb: “Bu mesaj və paylaşım “ABC News” tərəfindən dərhal silinməlidir”.
Ağ Ev sözçüsünün sözlərinə görə, onlarda Amerika vətəndaşlarını qorxutmaq məqsədi daşıyan yalan məlumatlar var. O, qeyd edib ki, materiallar təsdiqlənməmiş məlumatlara əsaslanır.
Levitt həmçinin vurğulayıb ki, İrandan ABŞ-a qarşı belə bir təhdid mövcud deyil və heç vaxt mövcud olmayıb.
Martın 11-də FTB Kaliforniya polis idarələrinə İranın mümkün dron hücumları ilə bağlı xəbərdarlıq edilməsi barədə mediada yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.






















