Ağdam və Füzulidəki yanğınlar tam söndürüldübackend

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

  Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülüb.

Referans xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki