Ağdamda daha bir istiqamətdə yanğın: əlavə kömək cəlb edilir – FOTOLAR / VİDEObackend

Ağdamda daha bir istiqamətdə yanğın: əlavə kömək cəlb edilir – FOTOLAR / VİDEO

  Ağdamda baş verən güclü yanğının qarşısının alınması üçün əlavə kömək cəlb edilir.

Referans Teleqraf-a istinadən xəbər verir ki, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb. Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi və Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və əməkdaşlar cəlb edilib.

Hazırda Yevlax rayon Yağından Mühafizə Xidmətinin briqadası yanğın baş verən əraziyə çatıb.

Ağcabədi rayon Yağından Mühafizə Xidmətinin əməkdaşları isə hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobil və xidmət əməkdaşları yanğınsöndürmə əməliyyatını davam etdirir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki