Kəmaləddin Heydərov Gəncəyə rəis təyin etdi

Polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

O bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qələbə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki