Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başladı - FOTO

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.

Referans Media xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli Sevim vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünü ziyarət edib.

​Baş konsul Əli Sevim Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.

Ə. Sevim, həmçinin Səfir Birol Akgün ilə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşərək nəzakət ziyarəti gerçəkləşdirib. ("Report")

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki