Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, rayonun Kosalar kəndi ərazisində hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır./Azertac/
