“Fənərbağça” ona son şans verəcək

“Fənərbağça”nın hücumçusu Romelu Lukaku hələ də Türkiyədə özünü təsdiqləyə bilməyib.

Belçikalı futbolçu ötən yay İstanbul klubuna qoşulsa da, start heyətində yer ala bilməyib və hələ də qol vura bilməyib.

Referans Media xəbər verir ki, insayder Əkrəm Konurun sözlərinə görə, “Fənərbağça” milli fasilədən sonra hücumçuya özünü sübut etmək üçün son şans verəcək.

33 yaşlı futbolçu məşqçilər heyətini razı sala bilməsə, klub onun müqaviləsini bir illik uzatmaq seçimini aktivləşdirməyəcək. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.

Romelu Lukaku bu mövsümdə on oyunda bir məhsuldar ötürmə edib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki