Bekhem FİFA-nın yeni prezidenti olacaq?

İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi və “İnter Mayami” klubunun həmtəsisçisi Devid Bekhem Beynəlxalq Futbol Federasiyasının (FİFA) yeni prezidenti ola bilər.

Referans Media xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, beynəlxalq təşkilatlar – Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (CONCACAF) və Almaniya Futbol Assosiasiyası (DFB) Canni İnfantinonun istefasını tələb etmək üçün ittifaq yaratmağı planlaşdırırlar.

Qeyd olunur ki, 51 yaşlı Bekhem koalisiyanın İnfantinonun xələfi kimi təşkilatın prezidenti vəzifəsinə namizədliyini nəzərdən keçirdiyi əsas şəxslərdən biridir. Rəsmilər hesab edirlər ki, ingilisin qlobal tanınması, nüfuzu və ABŞ-da futbol layihələrini inkişaf etdirməkdə uğurlu təcrübəsi qlobal futbol ictimaiyyətini birləşdirməyə kömək edəcək.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevral ayından FİFA-ya rəhbərlik edir./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki