Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon mərkəzində hərəkətdə olan iki “VAZ” markalı avtomobillər toqquşub.
Qəza zamanı 2006-cı il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
//bizim.media