image-qadinusaqbackend

Ağstafada ŞOK! Öz övladı bilib böyütdüyü uşaq DOSTUNUN OĞLU ÇIXDI – “Atamgildəyəm” deyib, Türkiyəyə gedən gəlinin DƏHŞƏTLİ SONU

Bəzi cinayətlər var ki, onların ilk hissəsi diqqətçəkən və dəhşətli olur, elələri də var sonrası. Bu gün söz açacağımız hadisə isə hər iki hissəsi ilə tükürpədən hadisədir.

2016-cı ilin iyun iyunun 19-u da balaca Aytən bacısı ilə su gətirməyə gedəndə kolluğa diqqət etməsəydi, bəlkə də, bu cinayətin açılması, yubanacaqdı…

Dəhşətli hadisə Qazax rayonunun Xanlıqlar kəndi ərazisində, Ağstafa çayının Almalıq deyilən yerdən keçən hissəidə baş vermişdi. Bu yer həm sakinlərin, həm də qonaqların istirahət məkanı da hesab olunur. İnsanlar burda piknik edirlər. Balaca bacılar su gətirməyə gedəndə burada kolluqda kiminsə uzandığını görürlər. Yaxınlaşdıqda isə bir qadının qanlı vəziyyətdə uzanmış meyiti ilə rastlaşırdlar. Qızlar evə qayıdır və gördüklərini analarına danışırlar. Ana dərhal polisə məlumat verir. 20-30 yaşlarında olan naməlum qadın meyiti kol-kosun içində idi. Qadının əynində cins şalvar boğazına qədər açılmış şəkildə qara rəngli qısaqol köynək var idi.

Meyitin olduğu yerə ətraflı baxış keçirilərkən bəlli olur ki, qadın məhz elə orada öldürülüb. Fakta görə 19 iyun 2016-cı ildə Qazax prokurorluğunda cinayət məcəlləsinin 120 nöqtə birinci qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə maddəsi ilə cinayət işi başlanılır. Məhkəmə tibbi müayinəsinin nəticəsindən aydın olur ki, qadının ölümü 24 ya 36 saat əvvəl baş verib. O, həyatda olarkən spirtli içki və narkotik maddə qəbul eləməyib. Kiminləsə cinsi əlaqədə olmayıb. Hadisə yerindən hər hansı alət aşkar olunmasa da ekspertiza rəyinə əsasən qadın kəsici deşici bıçağa oxşar alətlə çoxsaylı zərbələr vurmaqla qətlə yetirilib. Boğaz arteriyasına vurulmuş zərbə öldürücü olub və qadın zədə ilə qan itirmədən həyatını dəyişib.

İstintaqçıların qarşısında duran ən mühüm vəzifə meyitin şəxsiyyətini müəyyənləşdirməsi idi. Ona görə də hadisənin baş verdiyi ərazidə şahid ifadələrinin alınmasına başlanıb.

Yerli camaatın bayram bulq adlandırdığı bulağın yaxınlığındakı restoranda aşbaz işləyən Sənubər bildirir ki Qazaxdakı müalicə diaqnostika mərkəzinin ərazisində yerləşən meyitxanada ona göstərilən qadın qucağında uşaq iyun ayının 18 də, yəni meyitin tapılmasından bir gün əvvəl günorta saatlarında təxminən 27 – 35 yaşlı hündürboy arıq cavan oğlanla restorana gələrək kənarları bağlı kiçik talvarın altında oturublar. Qadının əynində qara rəngli qolsuz köynək, mavi rəngli ətrafları ağarmış dar cins şalvar olub.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki