"Qalatasaray"ın futbolçusu Aleksey Batrakovun meneceri Vladimir Kuzmiçev İstanbulda olduğunu və klub rəhbərliyi ilə görüş ehtimalının olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, Kuzmiçev "Sport Express" nəşrinə verdiyi açıqlamada İstanbul səfərinin səbəbini bildirib.
O qeyd edib ki, "Qalatasaray" – "Aston Villa" matçını izləməyi planlaşdırır və daha sonra klub rəhbərliyi ilə görüşə bilər.
"Türkiyədə olduğum doğrudur. "Qalatasaray"ın "Aston Villa" ilə oyununa getməyi də planlaşdırıram. Lesha (Aleksey Batrakov) ilə də görüş təşkil etmişik. Mümkün müqavilə danışıqları və yeni sərbəst qalma maddəsi ilə bağlı hələlik açıqlama verə bilmərəm. Lakin klub rəhbərliyi ilə görüş ehtimalı var", – deyə Kuzmiçev bildirib.
Məlumata görə, "Qalatasaray" Aleksey Batrakovu Moskva "Lokomotiv"indən 25 milyon avro qarşılığında transfer edib.
Rusiya futbolçusunun müqaviləsində isə 55 milyon avroluq sərbəst qalma maddəsi yer alır.
Avropanın bir sıra aparıcı klublarının Batrakovu xüsusilə UEFA Çempionlar Liqası oyunlarında yaxından izlədiyi bildirilir.
