"Beşiktaş" – "Hapoel Beer Sheva" oyununun baş hakimi AÇIQLANDI

UEFA Avropa Liqasının 5-ci turunda keçiriləcək "Beşiktaş" – "Hapoel Beer Sheva" qarşılaşmasının hakimləri müəyyənləşib.

Referans Media xəbər verir ki, UEFA-nın açıqlamasına əsasən, noyabrın 26-da Gürcüstanın Batumi şəhərində yerləşən Batumi Dinamo Stadionunda keçiriləcək görüşü Danimarkadan Morten Kroq idarə edəcək.

Bakı vaxtı ilə saat 20:45-də başlayacaq oyunda baş hakimin köməkçiləri Viktor Skytte və Steffen Bramsen olacaq.

Dördüncü hakim funksiyasını isə Yakob Karlsen yerinə yetirəcək.

Video Köməkçi Hakim (VAR) sisteminə Yakob Kehlet (Jakob Kehlet), onun köməkçisi (AVAR) vəzifəsinə isə Sandi Putros təyin olunub.

Qeyd edək ki, "Beşiktaş" UEFA Avropa Liqasının 5-ci turunda İsrail təmsilçisi "Hapoel Beer Sheva" ilə neytral meydanda – Gürcüstanın Batumi şəhərində üz-üzə gələcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki