FİFA DÇ-2031 və 2035-ə ev sahibliyi edəcək ölkələrin adlarını açıqladı

FİFA-nın fövqəladə onlayn Konqresində 2031 və 2035-ci illərdə qadınlar arasında dünya çempionatına sahibliyi edəcək ölkələrin adları təsdiqlənib.

Referans Media xəbər verir ki, 2031-ci ildə turnirə dörd ölkə ev sahibliyi edəcək: ABŞ, Meksika, Kosta Rika və Yamayka. 2035-ci il turnirinə Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uels ev sahibliyi edəcək. Bu turnirlərin hər biri üçün yalnız bir ərizə təqdim edilib.

Növbəti çempionat 24 iyun – 25 iyul 2027-ci il tarixlərində Braziliyada keçiriləcək.

2031 və 2035-ci illər turnirləri arasındakı əsas fərq onların genişləndirilmiş formatıdır: ilk dəfə olaraq 48 komanda turnirdə iştirak edəcək.

2027-ci ildə isə 32 komanda meydana çıxacaq./publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki