Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya RCH-155 özüyeriyən təkərli haubitsalarının ilk partiyasının artıq çatdırıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, Pistorius bunu zavoda səfəri zamanı bildirib.
Nazir Ukraynada sistemin yüksək qiymətləndirildiyini qeyd edib.
Ukrayna üçün ümumilikdə 54 ədəd RCH-155 sifariş olunub. Müqavilənin ümumi dəyəri təxminən 890 milyon avro təşkil edir.
