"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

Referans Media xəbər verir ki, bu barədə Bizim.Media-ya klubdan bildirilib.

Biletləri onlayn şəkildə "Iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" – "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki