“Inter Miami”nin kapitanı Lionel Messi MLS-də “Nashville”ə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra hakimlərə etiraz edib.
Referans Media xəbər verir ki, ESPN-in məlumatına görə, argentinalı futbolçu rəqibin üçüncü qolundan əvvəl ona qarşı qayda pozuntusu olduğunu düşünüb.
Etirazına görə Messi sarı vərəqə alıb və hakimə istehza ilə əl çalıb.
Final fitindən sonra isə Messi baş hakimə yaxınlaşaraq onun üzünə təhqiramiz ifadələr səsləndirib.
