Mərakeşli miqrantlar İspaniyanın Seuta şəhərinə keçməyə cəhd ediblər - VİDEO

Mərakeşdən olan miqrantlardan ibarət böyük qrup İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə keçməyə cəhd edib.

Referans Media xəbər verir ki, hadisə son iki həftə ərzində şəhərdə qeydə alınan ən ciddi miqrant axınlarından biri olub.

İspaniya təhlükəsizlik qüvvələri şəhərə girişlərin qarşısını almaq üçün ərazini mühasirəyə alıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hakimiyyət orqanlarının müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki