BMJ Open jurnalında yayımlanan araşdırmaya görə, süni intellekt çatbotlarının sağlamlıqla bağlı verdiyi cavabların böyük hissəsi problemlidir.
Tədqiqatda ChatGPT, Gemini, Grok, Meta AI və DeepSeek kimi platformalara 50 tibbi sual verilib.
Nəticələrə görə, cavabların:
20%-i ciddi problemlidir
50%-i problemlidir
30%-i isə qismən problemlidir
Araşdırma göstərib ki, bu sistemlər çox vaxt elmi əsaslara söykənməyən və ya səhv mənbələrə istinad edən məlumatlar təqdim edir. Ən çox səhv edən platforma Grok olub.
Həmçinin müəyyən edilib ki, açıq suallarda səhv ehtimalı daha yüksəkdir və istifadəçilər süni intellektdən istifadə edərkən düzgün məlumata çatmaqda çətinlik çəkə bilirlər.
Mütəxəssislər bildirir ki, süni intellekt tibbi mövzularda köməkçi vasitə ola bilər, lakin həkim əvəzi kimi istifadə olunmamalıdır və verilən məlumatlar mütləq yoxlanılmalıdır.























