Arıqlamaq istəyənlərin çoxu yalnız kalori hesabına diqqət yetirir. Lakin mütəxəssislər bildirirlər ki, qəbul edilən qidaların tərkibi də çəki itkisinə ciddi təsir göstərir.
Referans Media xəbər verir ki, şəkər, təmizlənmiş karbohidrat və yağla zəngin, lakin zülal və lif baxımından kasad qidalar arıqlama prosesini çətinləşdirə bilər. Bu qidalar uzun müddət toxluq hissi yaratmadığı üçün daha çox kalori qəbuluna səbəb olur.
Arıqlamaq istəyənlərin məhdudlaşdırmalı olduğu 11 qida:
-
Kartof qızartması və çipslər
-
Şəkərli qazlı və şirin içkilər
-
Ağ çörək
-
Şokolad batonları və digər şirniyyatlar
-
Şəkərli meyvə şirələri
-
Tortlar, peçenye və pirojnalar
-
Alkoqollu içkilər (xüsusilə pivə)
-
Dondurma
-
Hazır pizza
-
Yüksək kalorili qəhvə içkiləri
-
Tərkibində əlavə şəkər çox olan məhsullar (şəkərli səhər yeməyi yarmaları, qranola batonları, aromatlaşdırılmış azyağlı yoqurtlar və s.)
Mütəxəssislər bu məhsulların əvəzinə tam taxıllı qidalar, meyvə-tərəvəz, şəkərsiz içkilər, yunan yoqurtu, qoz-fındıq və zülal-liflə zəngin qidaların seçilməsini tövsiyə edirlər. Bu qidalar daha uzun müddət toxluq hissi yaradaraq sağlam şəkildə çəki itirməyə kömək edə bilər./Metbuat.az/
